ABŞ gəmilərini Bəhreyndəki bazadan çıxarır

11:22 - 18 İyun 2025 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələri öz hərbi gəmilərini ABŞ Beşinci Donanmasının qərargahı olan Fars körfəzindəki Bəhreyndəki bazadan geri çəkib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, bazanın ərazisində bir dənə də olsun Amerika hərbi gəmisi qalmayıb. 

Eyni zamanda, çərşənbə axşamı Bəhreyndə hava hücumu sirenləri sınaqdan keçirilib.

İranın “Mehr” agentliyinin verdiyi məlumata görə, Tehran Böyük Britaniya, ABŞ və Fransanın hakimiyyət orqanlarını rəsmi şəkildə xəbərdar edib ki, İslam Respublikasının yəhudi dövlətinə hücumlarının dəf edilməsində İsrailə yardım göstəriləcəyi təqdirdə, onların Yaxın Şərq və Fars körfəzi ölkələrindəki hərbi obyektləri İranın zərbələrinin hədəfinə çevriləcək.

Xəbər xətti