ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında İranın nüvə proqramı və Qəzza zolağı ətrafında vəziyyəti müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.
Kan bildiri ki, təhlükəsizlik mənbələrinə görə, İsrail İranın öz ərazisində uranı zənginləşdirmək qabiliyyətini saxlamasına icazə verə bilməz. Danışıqlar uğursuz olarsa, İsrail İrana mümkün hücumla bağlı qərar verməli olacaq.