Qasırğa 160 mindən çox sakini işıqsız qoydu

16:49 - 9 İyun 2025 - DÜNYA

Güclü qasırğa ABŞ-ın Texas ştatının şimal hissəsinin 160 mindən çox sakinini işıqsız qoyub.

Ucnoqta.az xəbər verir ki. bu barədə yerli hakimiyyət orqanlarına istinadən The Washington Post (WP) qəzeti yazıb.

Nəşrin məlumatına görə, küləyin sürəti 35 m/s-ə çatıb. Qasırğa onlarla elektrik xəttini sıradan çıxarıb və şəhər infrastrukturuna ziyan vurub.

Ümumilikdə ştatın şimalında küləyin vurduğu ziyanla bağlı 200-dən çox məlumat qeydə alınıb.

Yerli vaxtla bazar ertəsi səhərə olan məlumata görə, təxminən 90 min insan hələ də işıqsız qalıb.

Texasda pis hava şəraitinin bütün həftə davam edəcəyi və qasırğaların digər ştatlardan da keçə biləcəyi proqnozlaşdırılır - Luiziana, Missisipi, Alabama, Corciya və Tennessi ştatları risk altındadır. Bundan əlavə, Kentukki, Qərbi Virciniya, qərb Merilend, şərq Ohayo və Nyu-Yorkun cənub-qərbində güclü külək və dolu gözlənilir.

Xəbər xətti