Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Geo Team məlumat yayıb.
Məlumata görə, futbolçulardan qızıl-zinət əşyaları, çantalar və saatlar oğurlanıb. Hadisə futbolçular ailələri ilə Kannda istirahət edərkən baş verib. İdmançıların özləri zərər görməyib.
Xatrıladaq ki, Kvaratsxeliya Paris Saint-Germain-də, Davitaşvili "Sent-Etyen"də çıxış edir.