"Missiya yerinə yetirildi" - Ronaldu

08:48 - 9 İyun 2025 - İDMAN

Beşqat “Qızıl top” mükafatının sahibi portuqaliyalı futbolçu Kriştiano Ronaldu Millətlər Liqasının finalında komandasının qələbəsindən sonra göz yaşlarına boğulub.

Ucnoqta.az xəbər verir ki, Portuqaliya millisi ispanları penaltilər seriyasında məğlub edərək (5:3) ikinci dəfə kuboku qazanıb. Əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatıb. Ronaldo millidə 138-ci qolunu 61-ci dəqiqədə vurub, hücumçu zədə səbəbindən əsas vaxtın sonunda əvəzlənib.

"Klublarımla bir çox titullarım var, lakin Portuqaliya komandası ilə qalib gəlməkdən gözəl bir şey yoxdur. Bunlar göz yaşlarıdır. Missiya yerinə yetirildi və bu, çox sevinc gətirir." - The Washington Post Ronaldonun sözlərini sitat gətirir.

Ronaldonun 40 yaşı var. Portuqaliyalı beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən yaxşı bombardiridir. Ronaldo rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.

Xəbər xətti