Goranboyda avtomobil piyadanı vurub

13:38 - 8 İyun 2025 - HADİSƏ

Goranboyda 11 yaşlı qızı maşın vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. 

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .

Xəbər xətti