Rusiyadan vurulan təyyarələrlə bağlı AÇIQLAMA

08:03 - 5 İyun 2025 - DÜNYA

İyunun 1-də Ukraynaya hücum zamanı Rusiya təyyarələri məhv edilməyib, lakin zədələnib, onlar bərpa olunacaq.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Müdafiə Nazirliyinin nümayəndələrinin də bildirdiyi kimi, sözügedən texnika məhv edilməyib, zədələnib. O, bərpa olunacaq", - o, deyib.
Nazir müavini Kiyevin hücumun nəticələri ilə bağlı bəyanatlarının tamamilə əsassız olmasını bildirib.

Xəbər xətti