Qaradağdakı qəzada həlak olan tanınmış müəllim imiş

16:13 - 24 Aprel 2025 - HADİSƏ

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 197 saylı tam orta məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikovadır. 

Qeyd edək ki, Lökbatan-Puta yolunda Ramin Məlikovun idarə etdiyi "Lada Priora" və Sultan Sultanlının sürdüyü "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Məlikova Vəsfiyyə Yasin qızı və Rüstəmov Hacıalı Adil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü və digər sərnişinlər - Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.///milli.az

Xəbər xətti