Sahibə Qafarova Romaya gedəcək - Papanın dəfn mərasiminə qatılacaq

15:50 - 24 Aprel 2025 - Cəmiyyət

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtına səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, nümayəndə heyəti Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romada olacaq.

Sədr aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Xəbər xətti