İranın neft naziri Möhsün Paknejad Moskva və Tehran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında iştirak etmək üçün Rusiyaya səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şana agentliyi məlumat yayıb.
Məlumata görə, cümə axşamı İranın neft nazirinin Rusiya baş nazirinin müavini Aleksandr Novak və Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşü nəzərdə tutulub.
Aprelin 23-də hökumətlərarası komissiya çərçivəsində İran və Rusiya işçi qruplarının görüşləri başlayıb.