"Nə yaxşı ki, bu görüntülər var..." - Xoşqədəm Hidayətqızı anası ilə görüntülərini paylaşdı

13:18 - 24 Aprel 2025 - Cəmiyyət

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı izləyicilərini kədərləndirib.

Ucnoqta.az xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən aparıcı bu yaxınlarda vəfat edən anası ilə olan xoş anları belə yad edib:

“Nə yaxşı ki, bu görüntülər var. Çəkilişə getmədiyim günlərdə ailəmlə zaman keçirirdim və həmin gün anamla, atamın əylənməsi üçün əlimdən gələni edirdim. Yeməyi də özüm hazırlayırdım. Anam isə məni danlayardı: “A bala, yorğunsan, sən iş görmə,” – deyərdi.

İndi o gözəl günlərdən qalan görüntülərlə sakitləşməyə çalışıram.

Sevdiklərinizə zaman ayırın – zaman onları sizdən ayırmadan öncə...”.

Xəbər xətti