Turistlərə silahlı hücum edənlər müəyyən edilib

13:14 - 24 Aprel 2025 - DÜNYA

Hindistan polisi Hindistanın şimalındakı Cammu və Kəşmir əyalətinin Pahalqam şəhərində turistlərə qarşı 26 nəfərin ölümü ilə nəticələnən hücumda şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANI agentliyi hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Üç şübhəlidən ikisi Pakistan vətəndaşıdır. Cammu və Kəşmir polisi terrorçuların adlarını açıqlayan bildirişlər yayıb.
Onların hər biri haqqında məlumat üçün, vərəqələrdə qeyd edildiyi kimi, 2 milyon hind rupisi (23 min dollardan çox) mükafat təklif olunur.

Aprelin 22-də Pahalqamda atışma olub. Kamuflyajlı silahlı şəxslər pulemyotlardan atəş açıblar. Terrorçular bəzi turistlərin sənədlərini yoxlayıb, dinləri ilə maraqlanıblar. 25 Hindistan və bir Nepal vətəndaşı qətlə yetirilib. Çoxları yaralanıb.

Xəbər xətti