Zəlzələdən sonra Mərmərə dənizində sunami riski yoxdur

16:21 - 23 Aprel 2025 - DÜNYA

Türkiyə rəsmiləri Mərmərə dənizində baş verən zəlzələdən sonra sunami təhlükəsi və ya suyun səviyyəsinin qalxması təhlükəsinin olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir.

"6,2 bal gücündə baş verən zəlzələdən sonra Baş Mühafizə İdarəsi aerofotoçəkiliş aparmaq üçün təyyarələr göndərib. Sahil Mühafizəsi zəlzələdən sonra suyun səviyyəsində təhlükəli artımın olmadığını bildirib", - idarədən bildirilib.

Xəbər xətti