İstanbulda yerli vaxtla saat 12:50 radələrində (Moskva vaxtı ilə eyni) güclü zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, TRT-nin məlumatına görə, bütün Mərmərə dənizi bölgəsində hiss olunub.
Seysmoloqların məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub.
10-15 saniyə davam edən yeraltı təkanlar şəhərin müxtəlif yerlərində hiss edilib və İstanbulda çaxnaşmaya səbəb olub.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.