Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səmərqəndə səfəri çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tərəflərin ikitərəfli gündəliyə və beynəlxalq münasibətlərə dair bir sıra cari məsələləri, o cümlədən Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsinə hazırlıq məsələlərini müzakirə edəcəyi planlaşdırılır.