Parlamentdə normal müxalifət yoxdur - Spiker

14:35 - 22 Aprel 2025 - DÜNYA

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistan parlamentində baş verən davanı “daha ​​bir manipulyasiya” adlandırıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, parlamentdə normal müxalifətin olmadığını qeyd edən spiker bunun iqtidar üçün problem olduğunu bildirib.
“Bu da çox yaxşıdır, çünki insanlar hər şeyi çoxdan başa düşüb, insanlar onlardan (müxalifətdən) iyrənirlər, bu yalandan iyrənirlər, elə də davam etsinlər”.
– deyə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.

"Bu bataqlıq hökumət daxilində problemlər yaradır" deyən Simonyan "normal" deyərkən işləyəcək müxalifəti nəzərdə tutduğunu qeyd edib.

Xəbər xətti