Orxan Fikrətoğlu yüksək vəzifəyə TƏYİN OLUNDU

17:58 - 21 Aprel 2025 - Mədəniyyət

Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.

Ucnoqta.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, O. Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edib.

Xəbər xətti