Bank kartlarından 21 min manat oğurlandı

11:15 - 19 Aprel 2025 - Cəmiyyət

Vətəndaşların bank kartlarından aprelin 18-də 21 min 394 manat oğurlanıb.

Ucnoqta.az DİN-ə xəbər verir ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6 min 500, 6 min, 2 min 971, 2 min 850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb:

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Xəbər xətti