Ukrayna İtaliya və AYİB-dən ilk 50 milyon avroluq hidroelektrik krediti alıb

20:54 - 18 Aprel 2025 - DÜNYA

Ukraynanın enerji şirkəti “Ukrhidroenerqo” İtaliya və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditin bir hissəsi olaraq 50 milyon avroluq ilk tranşı alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

“200 milyon avroluq ümumi məbləğdən bu ilk 50 milyon avro “Ukrhidroenerqo”ya maliyyə dəstəyi verəcək və hərbi vəziyyət şəraitində onun maliyyə sabitliyini gücləndirəcək”, sənəddə qeyd olunur.

Xəbər xətti