Ermənistan multipleksdə Rusiya telekanallarının sayını azaltmağa çağırır
Ucnoqta.az xəbər verir ki, Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanallarının sayını azaltmağın zəruriliyini bəyan edib.
“Əgər biz o vaxt Rusiyanı dövlət multipleksimizdə tezliklərlə təmin etməsəydik, o zaman keçən il əlaqələrimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezliklər istəyir. Hesab edirəm ki, bizim ictimai multipleksimizdə xarici televiziya şirkətlərinin olması əhəmiyyətli dərəcədə azaldılmalıdır” - o deyib.
Ermənistanda yalnız Rusiya telekanalları xaricdən ictimai multipleks vasitəsilə retranslyasiya olunur: Birinci Kanal, Kultura və RTR-Planeta.