Azyaşlıya itlər hücum etdi - ANBAAN VİDEO

15:17 - 18 Aprel 2025 - HADİSƏ

Bakıda sahibsiz küçə itləri azyaşlı qıza hücum ediblər.

Ucnoqta.az “oxu.az” istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyinin) binalarından birinin qarşısında baş verib.

Uşağı qapıyadək qovan it orada başqa insanları gördükdən sonra dayanıb.

Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlər sürü ilə dolaşırlar.

Xəbər xətti