Yaponiyanın avtomobil istehsalçısı Toyota, Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflərin təsirini azaltmaq üçün ABŞ-da özünün RAV4 krossoverinin yeni versiyasını istehsal etməyi düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət əvvəlcə Kanada və Yaponiyadan ABŞ-a yeni RAV4 ixrac etməyi planlaşdırırdı, lakin indi Kentukki ştatında istehsala “opsiya kimi” baxılır, çünki avtomobilə tələbat təklifi üstələyir.
Məlumata görə, "Toyota" hələ son istehsal planlarını təsdiqləməyib. Mənbələrdən biri bildirib ki, şirkət bu ilin sonunda yenilənmiş 2026 RAV4-ü - beşinci nəsil model üçün ilk facelift-i təqdim etməyi və sonra onu tədricən dünyanın müxtəlif bazarlarına çıxarmağı planlaşdırır.