"Yollar yaxşıdır, yağış çox oldu" deyən deputat: "Reytinq naminədir..."

16:14 - 18 Aprel 2025 - Cəmiyyət

Yağıntıların Bakıda yaratdığı problemlərin ardından deputat Aydın Hüseynovun vəziyyətlə bağlı fikirləri sosial şəbəkələrdə müzakirə yaradıb.

Ajans.az xəbər verir ki, deputatın “Ölkəmizdəki yollar ən keyfiyyətli yollar sırasındadır. Yağış çox güclü yağdı. Avropa, Amerikada da bu proseslər olur” fikirləri sosial şəbəkələrdə reaksiyaya səbəb olub.

Mövzu ilə bağlı Aydın Hüseynovun özü ilə əlaqə saxladıq. O bildirdi ki, sosial şəbəkələrdə bu müzakirələri reytinq naminə edirlər:

“Sosial şəbəkədə hansısa reytinq naminə müzakirələri yox, real olanı demək lazımdır. Azərbaycanın bütün yollarında problem yarandı? Yollarımıza qiyməti beynəlxalq reytinq qurumları verir, biz öz dəyərimizi niyə azaltmalıyıq?

Bakı çox böyükdür, yağışdan sonra problemlər hansı sahələrdə oldu? Onun adını çəkək, ümumi yollarımızın neçə faizini təşkil edir? Kimsə demir ki, hər şey ideal şəkildədir. Problem yaranan yollar varsa, dövlət qurumları təhlil edir və problemin aradan qaldırılması üçün tədbir görür”. 

Xəbər xətti