Rusiya Ukraynaya məxsus F-16 təyyarəsini vurub

14:24 - 18 Aprel 2025 - DÜNYA

Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri bir həftə ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsini və 45 JDAM idarəolunan bombanı vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir həftə ərzində hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsini, 45 JDAM idarəolunan hava bombasını və ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin 29 raketini, həmçinin 1618 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

Xəbər xətti