Birləşmiş Ştatlar yaxın bir neçə gün ərzində Ukraynadakı münaqişəyə son qoyula biləcəyini anlaya biləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” dövlət katibi Marko Rubionun sözlərinə istinadən məlumat yayıb.
Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, hər iki tərəf bu məsələdə ciddi olarsa, Vaşinqton nizamlanmaya kömək etməyə hazırdır. Əks halda, dövlətlər “başqa bir şey” edəcəklər.
Rubio Ukrayna nümayəndələri ilə Fransada aparılan danışıqları “müsbət” adlandırıb. Eyni zamanda, ABŞ diplomatın qeyd etdiyi kimi, tezliklə Kiyevdən Vaşinqtonun təkliflərinə cavab alacağına ümid edir.