Xəbər verdiyimiz kimi, "Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ağır itki üz vermişdi. Əməkdar jurnalistin anası Ofeliya Baxşəliyeva vəfat etmişdi.
Ucnoqta.az xəbər verir ki, Xoşqədəm Hidayətıqızı anasının ölümündən sonra yenidən efirə dönüb. X.Hidayətqızının həyat yoldaşı Doğuş studiyaya gələrək onu efirə dəvət edib. Doğuş 15 ildir "Səni axtarıram" verilişinin efirdə olduğunu və Əməkdar jurnalistə ehtiyacı olan insanların burada olmağını istədiyini deyərək aparıcını studiyaya çağırdı.
Tanınmış aparıcı anası haqqında danışaraq qəhərlənib və göz yaşlarına hakim ola bilməyib:
"Salamlayıram hər kəsi. Bu gün ilk dəfədir anam məni izləmir. İlk dəfədir ki, onsuz efirə çıxıram. Əməliyyatdan sonra belə televizoru açıb ekranda mənə dua edirdi".
Ətraflı süjetdə: