Meloni Trampı Qərbi “yenə möhtəşəm” etməyə çağırdı

07:41 - 18 Aprel 2025 - DÜNYA

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ prezidenti Donald Trampı “Qərbi yenidən möhtəşəm etməyə” çağırıb.

Ucnoqta.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Meloni Trampın məşhur “Amerikanı yenidən möhtəşəm et” şüarını ifadə edib. O, Qərb deyərkən təkcə coğrafi məkanı deyil, bütöv bir sivilizasiyanı nəzərdə tutduğunu vurğulayıb. Baş nazir qeyd edib ki, o, bu sivilizasiyanı daha da gücləndirmək istəyir.

"Düşünürəm ki, Atlantikanın iki tərəfi arasında problemlər olsa belə, oturub birlikdə həll yolları tapmağın vaxtıdır. Mənim məqsədim Qərbi yenidən böyük etməkdir və düşünürəm ki, birlikdə bunu edə bilərik".

Tramp bu sözlərə “bacarırıq” ifadəsi ilə cavab verib.

Xəbər xətti