Təyyarə qaçırmaq istəyən ABŞ vətəndaşı güllələndi

00:23 - 18 Aprel 2025 - DÜNYA

Göyərtəsində 14 nəfərin olduğu yüngül təyyarənin qaçırılması cəhdi zamanı ABŞ vətəndaşı ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Breaking Belize News portalı məlumat yayıb. Məlumata görə, Tropic Air şirkətinin sərnişin təyyarəsi uçuş zamanı 49 yaşlı ABŞ vətəndaşı Akinela Sava Taylor bıçaqla silahlanmış təyyarəni qaçırmağa cəhd edib.
Pilot hava dispetçerləri ilə əlaqə saxlayıb, bundan sonra təyyarə təcili eniş ərəfəsində Beliz dairəsi üzərində dövrə vurmağa başlayıb.

Pilotlar təyyarəni ölkənin ən böyük şəhəri olan Beliz Siti ərazisində yerləşən Filip Qoldson Beynəlxalq Hava Limanına endirməyə nail olublar.
Polis mənbələrinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları enişdən sonra təyyarəyə miniblər. Polisə müqavimət göstərən Teylora atəş açılıb.

Amerikalı bir neçə gün əvvəl turist kimi Belizeyə daxil olub və vizası olmayıb.

Xəbər xətti