ABŞ Yuxu Təbabəti Akademiyasının yeni hesabatında tez-tez əsnəmə, gündüz dalğınlıq və artan kofein istəyi kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu vəziyyət həm fiziki təhlükəsizliyi təhdid edir, həm də uzunmüddətli sağlamlıq problemlərinə yol açır.
Ucnoqta.az xəbər verir ki, hesabatda fikirləri yer alan yuxu mütəxəssisi Erik Olson yuxusuzluğun cəmiyyətin hər sahəsinə təsir edən ciddi sağlamlıq problemi olduğunu deyir.
“Yuxusuzluq özü ilə yol qəzalarından tutmuş iş yerindəki səhvlərə və xroniki xəstəliklərə qədər bir çox risklər gətirir” dedi.
Yeddi saatdan az yuxu ciddi risklər yaradır
TRT News-da yer alan xəbərə görə, mütəxəssislər keyfiyyətli və fasiləsiz bir gecə yuxusunun müddətinin ən az 7-8 saat olması lazım olduğuna diqqət çəkirlər.
Bu müddətdən az yatmaq; Diabet, depressiya, ürək və böyrək xəstəlikləri, yüksək qan təzyiqi, piylənmə və insult kimi xəstəlikləri tətikləyə biləcəyi bildirilir.
ABŞ-da yetkinlərin üçdə birinin həddindən artıq yuxululuqdan şikayətləndiyini qeyd edən Olson, bu problemin erkən diaqnoz və müalicə ilə həll edilməsi lazım olduğunu vurğulayıb.
Mütəxəssislər bildirirlər ki, bir çox insanlar gün ərzində yaşadıqları əsnəməyi və ya görüş zamanı yuxuya getməyi əhəmiyyətsiz hesab edirlər, lakin bu simptomlar ciddi yuxusuzluğun əlaməti ola bilər.
Qeyri-kafi yuxu insanın öz koqnitiv vəziyyətini düzgün qiymətləndirməsinə mane olur. "Yuxusuzluq artdıqca beyin bir neçə saniyəlik mikro yuxuya girir. Bu müddət ərzində insan avtomobil idarə edə və ya diqqət tələb edən başqa bir işlə məşğul ola bilər. Bu, son dərəcə təhlükəli bir vəziyyətdir" deyə xəbərdarlıq edib. ABŞ-da hər il təxminən 100 min yol qəzasının yuxulu sürücülük səbəbiylə baş verdiyi bildirilir.