Birləşmiş Ştatlar Tehranın inkişaf edən nüvə proqramına görə İrana hücum etməyə tələsmir.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən bunu kənara atdığımı deməzdim. Bunu etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və ölümlər olmadan xoşbəxt yaşamaq şansı var. Və mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, düşünürəm ki, bu, İran üçün çox pis olacaq. Və düşünürəm ki, İran danışıqlar aparmaq istəyir. Ümid edirəm danışmaq istəyirlər. Bunu etsələr, onlar üçün çox yaxşı olar”, - deyə dövlət başçısı qeyd edib.