Xəbər veridyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Ucnoqta.az xəbər verir ki, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi Şahin Məmmədov 300 bal toplayıb. Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 4 nəfərə çatıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.