Nazir I sinifə qəbulla bağlı əmr imzaladı: Mayın 1-dən ...

11:43 - 17 Aprel 2025 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayev 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.

Ucnoqta.az xəbər verir ki, onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.

Birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Tədrisi digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.

Xəbər xətti