Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andriy Sybiha ilə birlikdə Parisə gəldiyini və burada ABŞ nümayəndələri ilə görüşlərin planlaşdırıldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Yermak əlavə edib ki, Ukrayna nümayəndə heyəti Parisdə Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə də görüşəcək.