Harvardda vərəm və kosmik tədqiqatları dayandırılır

10:22 - 17 Aprel 2025 - DÜNYA

Harvard Universitetinin alimləri Milli Təhlükəsizlik Departamentinin qrantları ləğv etməsindən sonra vərəm və kosmosa səyahətlə bağlı tədqiqatları dayandırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.

Departament daha əvvəl Harvarda ümumilikdə 2,7 milyon dollardan çox olan iki qrantı ləğv edib.

İmmunoloq Sarah Fortune nəşrə bildirib ki, qrantlar ləğv edildikdən bir neçə saat sonra ona vərəmlə bağlı tədqiqat işlərini dayandırması bildirilib. Harvard professoru David Uolt da Lou Gehrig xəstəliyi kimi tanınan amyotrofik yanal sklerozla bağlı araşdırmaları "dərhal dayandırmaq" əmrini verdi. 

Kosmosa uçuş və radiasiya xəstəliyi ilə bağlı tədqiqatlarla bağlı da direktivlər verilib.

Xəbər xətti