ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə aprel görüşündə Vaşinqtonun İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək planını dəstəkləməyəcəyi barədə məlumat verib
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times yazır.
"Bu ayın əvvəlində Tramp İsraili ABŞ-ın hücuma dəstək verməyəcəyi barədə məlumatlandırıb. O, ötən həftə Vaşinqtona səfəri zamanı baş nazir Netanyahu ilə məsələni müzakirə edib. Oval kabinetdə keçirilən görüşdə Tramp ABŞ-ın İranla danışıqlara başladığını açıqlayıb", - nəşr yazır.
Nəşr iddia edir ki, İsrail artıq may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Əvvəlcə İsrail baş nazirin tapşırığı ilə Vaşinqtonu "İsrail komandolarının yeraltı nüvə obyektlərinə basqını ilə israillilərin ümid etdiyi kimi Amerika təyyarələrinin iştirak edəcəyi bombardman kampaniyasını birləşdirməyi" nəzərdə tutan plan barədə məlumat verib.
Qəzet qeyd edir ki, Tramp nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla danışıqların xeyrinə bu planı dəstəkləməkdən imtina edib. Amerika administrasiyasındakı debatların nəticəsi olaraq, “əlavə olaraq, İran danışıqlara hazır olduğunu nümayiş etdirdiyi vaxta qədər hərbi əməliyyatlardan imtinaya dair konsensus əldə edilib”.