İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının səfiri Kazım Cəlali X-də yazıb.
Cəlali bildirib ki, İran və Rusiya arasında yüksək səviyyəli təmasları davam etdirən doktor Əraqçi sabah Moskvaya səfər edərək yüksək rütbəli Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq.