Yüksək vəzifəyə təyin olunan Zəka Mirzəyev kimdir? - DOSYE

12:02 - 16 Aprel 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Zəka Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinə yeni sədr təyin edilib.

Ucnoqta.az xəbır verir ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə aspiranturasını bitirib.

 

2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi işləyib. 2003-2004-cü illərdə hərbi xidmətdə olub.

 

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb.

 

2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

Xəbər xətti