Göygöldə avtomobillə toqquşan mikroavtobus aşıb

08:46 - 16 Aprel 2025 - HADİSƏ

Göygöl şəhərində ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub.

Zərbənin təsirindən 31 nömrəli xətt üzrə çalışan mikroavtobus yoldan çıxaraq aşıb. Qəzada azı 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Xəbər xətti