Birləşmiş Ştatlar Qəzza zolağında döyüşlərin dayandırılmasını istəyir və bunun tezliklə baş verə biləcəyinə inanır.
Ucnoqta.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.
"Müharibənin dayanmasını istəyirəm və düşünürəm ki, nə vaxtsa dayanacaq. Bu, çox da uzaq olmayan gələcəkdə baş verəcək. Biz girovları azad etmək üçün çox çalışırıq", - Tramp davam edib.
"Biz növbəti atəşkəs nəzərdən keçiririk. Bunun nə olacağını görəcəyik. Amma biz girovları azad etmək istəyirik", - Amerika lideri bildirib.