Lənkəranda 32 yaşlı kişini yüksəkgərginlikli elektrik cərəyanı vurması nəticəsində ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib. Balıq tutub çayı keçərkən qırmağı yüksəkgərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.