Qarabağ Regional Mədəniyyət İdarəsinə yeni rəis təyinatı olub.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Əmrə əsasən, Aydın Bəşir oğlu Bəşirov sözügedən idarənin rəisi təyin edilib.
Mədəniyyət Nazirliyi faktı APA-ya təsdiq edib.
Qeyd edək ki, bu vəzifəni Qalib Həsənov icra edirdi.