Gəncədə bir ailənin 3 üzvü qidadan zəhərlənib

09:44 - 6 Aprel 2025 - ÖLKƏ İÇİ

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 1981-ci il təvəllüdlü Leyla Nəcəfova və onun övladları - 2010-cu il təvəllüdlü Rəvan Nəcəfov, 2005-ci il təvəllüdlü Ramal Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Onların yaşadıqları evdə qidadan zəhərləndiyi bildirilir.///apa

Xəbər xətti