"Qarabağ" yay transfer dönəmi üçün çalışmalara başlayıb.
Ucnoqta.az xəbər verir ki, klub Marko Veşoviçlə bağlı qərarını verib.
Ağdam təmsilçisi monteneqrolunun çıxışından məmnundur.
Tək mənfi nüans futbolçunun zədəyəmeyilli olmasıdır. Tez-tez zədələnən müdafiəçi cari mövsümün təxminən yarısında meydana çıxa bilməyib.
Buna baxmayaraq, klub Veşoviçi heyətində saxlamaq niyyətindədir. Müqaviləsi yayda bitən oyunçuya yeni sözləşmə təklif olunacaq.
Onun özünün də komandada qalmaq istədiyi bildirilir.
Qeyd edək ki, Marko 2021-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur. ///Apasport