İranda 7 nəfər şaxtada qazdan zəhərlənərək ölüb

19:46 - 7 Aprel 2025 - DÜNYA

İranın şimalındakı Semnan əyalətində kömür mədənində qazdan zəhərlənən azı 7 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, mədəndə çalışan bütün işçilər tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməyib. Daha 3 nəfərin hələ də içəridə olduğu ehtimal edilir.

Ölən işçilərdən üçü əcnəbi olub.

Xəbər xətti