Brent neftin qiyməti 74 dolları ötdü

19:46 - 26 Mart 2025 - İQTİSADİYYAT

ICE birjasında Londonun ICE birjasında 2025-ci ilin iyun ayında tədarük edilən Brent markalı neftin fyuçerslərinin qiyməti fevralın 27-dən bəri ilk dəfə bir barel üçün 74 dolları ötüb.

Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 1 barelə görə 74,11 dollara (1,49%) ticarət edildi.
Eyni zamanda, WTI markalı xam neftin aprel ayında tədarük üçün fyuçersləri 1,67% artaraq 70,15 dollar/barelə çatıb.

Xəbər xətti