Prezident Sahil Babayevlə bağlı sərəncam imzaladı

16:45 - 6 Mart 2025 - Xəbər

Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olarkən bu vəzifəni icra edən maliyyə naziri Sahil Babayev olub.  

Eyni zamanda Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri də daxil edilib. 

Xəbər xətti