Aparıcı İlkin Həsəni izləyicilərindən birinin ona yazdığı tənqidi yayımlayıb.
Ucnoqta.az xəbər verir ki, izləyici aparıcıya rus dilində danışmasını irad bildirib.
İlkin "Niyə öz ölkənizdə rus dilində danışırsınız" sözlərinə "Yaxşı edirik, əlavə dil məlumatlarımızı nümayiş etdiririk" cavabını verib.
O, daha sonra izləyicinin profilini və paylaşımlarını yayımlayaraq, onun ingilis dilində statuslarına irad bildirib./axşam.az