Amerikanın Kaliforniya ştatının hakimiyyəti Los-Anceles qraflığında meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom bildirib.
“Mən indicə Los-Anceles qraflığında meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2,5 milyard dollardan çox icazə verən iki sərəncam imzaladım”, - dövlət başçısı X-də yazıb.
Yanğın məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox tikilini məhv edib.
Son məlumatlara görə, yanğınlar nəticəsində 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların iqtisadi ziyanı 250 milyard dolları ötüb.