Qəzaya uğrayan AZAL təyyarəsinin qalıqları haradadır?

12:23 - 24 Yanvar 2025 - Xəbər

Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qalıqları Qazaxıstandadır və beynəlxalq ekspertlər tərəfindən müayinə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat konfransında Qazaxıstan baş nazirinin müavini, insidentdən sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev məlumat verib.

"Təyyarənin qalıqları Aktauda anqardadır, o, müvafiq beynəlxalq ekspertlər tərəfindən də araşdırılıb. Onlar öz nəticələrini verəcəklər. Həm də, prinsipcə, bu, istintaq qrupunun yurisdiksiyasındadır", - Bozumbayev bildirib.

Xəbər xətti