Xüsusilə dadı və qida dəyəri ilə diqqət çəkən avokado 18-ci əsrdə Avropaya, 19-cu əsrdə isə müxtəlif bölgələrə yayılmağa başlayıb. Bu gün avokado başda Meksika olmaqla dünyanın 50 ölkəsində yetişdirilir.
Tərkibində yüksək miqdarda kalium, vitaminlər (A, B, C, E, K) və minerallar və lif olan avokado, yüksək miqdarda təkli doymamış yağ ehtiva etdiyi üçün "yağ meyvəsi" də adlandırılır.
Avokado ürək-damar sağlamlığını qoruyur, antioksidan xüsusiyyətləri sayəsində qocalmanı gecikdirir, dəri sağlamlığını yaxşılaşdırır və bədəndə iltihabı azaldır.
Ucnoqta.az xəbər verir ki. Bu barədə təbii qidalanma və sağlam həyat mövzusundakı işləri ilə tanınan prof. Dr. Aysun Bay danışıb. Son illərdə getdikcə populyarlaşan avokadonun qida dəyəri baxımından bənzərsiz bir meyvə olduğunu qeyd edən mütəxəssis bu meyvənin sağlamlığa təsirini açıqlayıb.
Avokado vitamin və mineral baxımından çox zəngin olaraq yüksək miqdarda kalium, omeqa yağları və antioksidanlar sayəsində ürək sağlamlığını faydalıdır.
Həzmi asanlaşdıraraq bağırsaq sağlamlığını qoruyaraq və immunitet sistemini gücləndirir.
Tərkibindəki sağlam yağlar sayəsində bədəndəki pis xolesterolu saldığını və ürək-damar sağlamlığını qoruyur.
Həmçinin, avokado antioksidan xüsusiyyətləri sayəsində qocalmanı gecikdirir, dəri sağlamlığını yaxşılaşdırır və bədəndəki iltihabı azaldır.
Fast food və işlənmiş qidalar yerinə təbiətin bizə təqdim etdiyi qidaları seçməliyik. Təbii qidalanma ilə bir çox xəstəliklərin qarşısını ala, daha sağlam və xoşbəxt həyat sürə bilərik.
Ürək sağlamlığına faydalı olduğu bilinən və immunitet sistemini gücləndirən avokado dəri, göz və beyin sağlamlığına qatqı təmin edir, yaşlanma prosesini ləngidir.
Dünyada souslarda, salatlarda və desertlərdə geniş istifadə edilən avokado, uşaq qidaları və kosmetik məhsullarda da var. Sağlamlığa faydalarına görə, bir çox mütəxəssis avokadonu gündəlik pəhrizə daxil etməyi məsləhət görür.